2
Jun

Mərkəzi Nəbatat Bağı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Uşaq Festivalında iştirak edib

210

1 iyun 2025-ci il tarixində Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Uşaq Festivalı keçirildi. Festivalda müxtəlif əyləncə və maarifləndirici zonalar arasında Mərkəzi Nəbatat Bağının özünəməxsus təqdimatı uşaqların və valideynlərin xüsusi marağına səbəb oldu.

Mərkəzi Nəbatat Bağı xüsusi zonada nadir və ekzotik bitkilərini nümayiş etdirdi. Tədbirdə Bugenvilliya (Bougainvillea), Ficus benjamina (Ficus benjamina), Difenbaxia (Dieffenbachia), Rozmarin (Salvia Rosmarinus), Abeliya (Abelia), Nepenthes Gaya (Nepenthes khasiana “gaya”), Pittosporum (Pittosporum) və s. kimi maraqlı bitkilər təqdim olundu. Ziyarətçilər bu bitkilər haqqında ətraflı məlumat almaq imkanı əldə etdilər.

Bundan əlavə, uşaqlar üçün xüsusi master-klass təşkil olundu. Master-klass zamanı uşaqlar Geran bitkisinin dibçəkdə əkilmə qaydasını öyrəndilər. Təlimin sonunda isə uşaqlar təbiətə olan maraqlarını daha da artıraraq əkdikləri bitkiləri özləri ilə apardılar.

Tədbir çərçivəsində Mərkəzi Nəbatat Bağının elmi və maarifləndirici nəşrləri də nümayiş etdirildi. Bu nəşrlərə “Otaq bitkiləri və onlara qulluq qaydaları”, “Zəfəran”, “Əzvay”, “Abşeronda lianların introduksiyası”, “Sarmaşan bitkilər sorağında”, “Hirkan Milli Parkının florası və bitki örtüyü”, “Gülçülük”, “Nəbatat terminlərinin izahlı lüğəti” kimi nəşrlər daxildir.

Festival çərçivəsində təşkil olunan bu cür tədbirlər uşaqların təbiətə olan marağını artırmaqla yanaşı, onların ətraf mühitə daha məsuliyyətlə və qayğı ilə yanaşmasına  səbəb olur.

IMG_2974.JPG
IMG_2974.JPG
IMG_2983.JPG
IMG-20250602-WA0014(1) (1).jpg
IMG_3039.JPG
IMG_3028.JPG
IMG-20250602-WA0012(1).jpg
IMG_3006.JPG
IMG_3063.JPG
IMG-20250602-WA0016(1).jpg
IMG_2974.JPGIMG_2983.JPGIMG-20250602-WA0014(1) (1).jpgIMG_3039.JPGIMG_3028.JPGIMG-20250602-WA0012(1).jpgIMG_3006.JPGIMG_3063.JPGIMG-20250602-WA0016(1).jpg