30
Jun

Özbəkistan Respublikasının nümayəndə heyəti Mərkəzi Nəbatat Bağını ziyarət edib

60

Özbəkistan Respublikasının yüksək vəzifəli dövlət qulluqçularından ibarət rəsmi nümayəndə heyəti - Daşkənd Şəhər Hakiminin birinci müavini Heydərov Bəxtiyar Xalimoviç, Nazirlər Kabinetinin məsul işçisi Axrarov Uktam, Olmazor Rayon hakimi Umarxonov Əzizxon Şərifxonoviç, Daşkənd Şəhər Hökumətinin Xarici-iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Pulatov Diyor Baxramcanoviç və digər rəsmi şəxslər Mərkəzi Nəbatat Bağını ziyarət ediblər.

Ziyarət çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti rəhbəri Mətin Hüseynov və digər nümayəndələr, o cümlədən, Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri a.e.ü.f.d., dosent Əli Cəfərov və elmi əməkdaşları qonaqlara Bağın tarixi və yenidənqurma, quruculuq işləri barədə ətraflı məlumat verib. Onlar bildirib ki, abadlıq-quruculuq və yenidənqurma işləri nəticəsində Bağın ərazisi 39 hektardan 45 hektara çatdırılıb, mövcud oranjereya yenilənib, göl kompleksi, fəvvarə, oranjereya, körpü, həmçinin, bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana  inşa edilib.

Tropik və subtropik bitkilər laboratoriyasının müdiri Aytən Hüseynova qonaqları oranjereyalarla tanış edərək bildirib ki, burada dünya ölkələrindən gətirilmiş nadir dekorativ bitki növləri yetişdirilir.

Ziyarətin sonunda qonaqlar Azərbaycan və Özbəkistanın Botanika Bağları arasında ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

IMG_3136.JPG
IMG_3136.JPG
IMG_3139.JPG
IMG_3142.JPG
IMG_3148.JPG
IMG_3170.JPG
IMG_3183.JPG
IMG-20250630-WA0007(1).jpg
IMG-20250630-WA0004(1).jpg
WhatsApp Image 2025-06-30 at 16.18.12.jpeg
IMG_3136.JPGIMG_3139.JPGIMG_3142.JPGIMG_3148.JPGIMG_3170.JPGIMG_3183.JPGIMG-20250630-WA0007(1).jpgIMG-20250630-WA0004(1).jpgWhatsApp Image 2025-06-30 at 16.18.12.jpeg