Sizdən xahiş edirik, Bağın ərazisində gəzərkən aşağıda göstərilən təhlükəsizlik qaydalarına riayət edəsiniz.
-Ərazini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!
-Bağın ərazisindəki bitkiləri qoparmaq və onlara zərər vermək qadağandır!
-Təcrübə sahələrinə girmək qəti qadağandır!
-Bağda skuter, skeyt, samokat, rolik və velosiped sürmək qadağandır!
-Bağın ərazisində od qalamaq qəti qadağandır!
-Bağın ərazisinə sərxoş halda gəlmək və spirtli içki ilə daxil olmaq qəti qadağandır!
-Bağda siqaret çəkmək qadağandır!
-Bağın ərazisində topla oynamaq qadağandır!
-Bağın ərazisində itlərin ağızlıqsız və xaltasız gəzdirmək qadağandır!
Körpüdə təhlükəsizlik qaydaları
-Körpünün tutacaqlarına söykənmək və kənarları ilə gəzmək olmaz!
-Yetkinlik yaşına çatmayan uşaqların körpüdə nəzarətsiz gəzintisi tövsiyyə olunmur!
-Körpüdə tullanmaq, qaçmaq, siqaret çəkmək, körpüdən hər hansı bir əşyanı aşağı atmaq və zibilləmək olmaz!
-Körpüdə hündürdaban ayaqqablarla gəzmək tövsiyə olunmur!
-Körpüdə heyvanlarla gəzmək olmaz!
Qeyd. Bağ ərazisində təhlükəsizlik qaydalarını pozan və etik normalara zidd hərəkət edən ziyarətçilər Bağdan kənarlaşdırılacaq!