Azərbaycan Televiziyasının “Günə davam” proqramında Mərkəzi Nəbatat Bağının fəaliyyətinə və burada həyata keçirilən yeniliklərə həsr olunmuş video reportaj yayımlanıb.
Reportajda “Dekorativ bitkilərin introduksiyası və seleksiyası” laboratoriyasının müdiri, b.ü.f.d., dos. Ofeliya Qafarova müsahibə verərək bildirib ki, Mərkəzi Nəbatat Bağında həm yerli, həm də dünyanın müxtəlif ölkələrindən gətirilmiş çoxsaylı qızılgül sortları yetişdirilir və hər bir sortun aqrotexniki tələblərinə uyğun şəkildə qulluq həyata keçirilir.
Müsahibədə həmçinin o qeyd edib ki, Bağda yeni qızılgül sortu yetişdirilib. “Köhnə Bakı” adlandırılan bu sort artıq müvafiq patent və müəlliflik şəhadətnamələri ilə rəsmiləşdirilərək Dövlət Reyestrinə daxil edilib.
Reportajda eyni zamanda Bağda həyata keçirilən yeniliklərdən bəhs olunub və Bağın qonağı olan kiçik ziyarətçilərlə də maraqlı müsahibələr aparılıb, onların təbiətə və bitkilərə olan marağı proqram vasitəsilə tamaşaçılara çatdırılıb.
Həmin video-reportajı sizə təqdim edirik.