29
Jul

Hörmətli paytaxt sakinlərinin və qonaqların nəzərinə!

12

Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir. Bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür. Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar. 
Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir.