logoMərkəzi Nəbatat Bağı
  • HAQQIMIZDA
    • Tarixçə
    • Rəhbərlik
    • Struktur
    • Tədqiqatçılar
    • Maliyyə hesabatları
  • ELMİ FƏALİYYƏT
    • Tədqiqatlar
    • Nəşrlər
    • Əməkdaşlıq
  • ZİYARƏT
    • Açıq saatlar
    • Qaydalar
    • İstiqamət
    • Biletlər
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZ
    • Azərbaycanca
    • English
    • Русский
    • Azərbaycanca
    • English
    • Русский
AZ
  • Azərbaycanca
  • English
  • Русский
  • Azərbaycanca
  • English
  • Русский

Biletlər

Hörmətli Ziyarətçilər!
 

        Mərkəzi Nəbatat Bağına giriş qiymətləri “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri  ilə ödənişli əsaslarla istifadə Qaydası  və  ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il 114 saylı qərarı əsasında həyata keçirilir:

Sıra №-si Ödənişin növləri Ödənişin məbləği
1. Bağın ərazisinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək adambaşına 2 (iki) manat-gündəlik
ali məktəb tələbələri və əlillik dərəcəsi olan şəxslər məbləğin 25%-ni ödəməklə adambaşına 50 (əlli) qəpik-gündəlik
2. Bağın ərazisində bələdçi xidmətləri göstərmək 1 (bir) gün üçün: 20 (iyirmi) manat
3. Tədris və məşğələ (treninq) proqramlarının təşkili adambaşına 1 (bir) manat -gündəlik
4. Mədəni tədbirlər təşkil etmək 50 nəfərədək - 1 (bir) gün üçün 50 (əlli) manat;50 nəfərdən çox - 1 (bir) gün üçün 100 (yüz) manat
5. Professional video və foto çəkilişləri etmək 1 (bir) gün üçün 20 (iyirmi) manat
6. Avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək hər avtonəqliyyat vasitəsi üçün: 1 saat üçün - 50 (əlli) qəpik; gündəlik - 5 (beş) manat

 

       Bağın ərazisinə giriş zamanı aşağıdakı şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər:

-Bağın əməkdaşları (xüsusi vəsiqələrini təqdim etməklə);

-Xidməti vəzifələrini yerinə yetirərkən gələn dövlət və bələdiyyə orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların işçiləri (təsdiqedici sənədi təqdim etməklə);

-Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə);

-Məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər. 

-Bağa giriş zamanı güzəştli şərtlərdən (müəyyən olunmuş məbləğin 25 faizini ödəməklə) aşağıdakı şəxslər (müvafiq təsdiqedici sənədləri təqdim etməklə) istifadə etmək hüququna malikdirlər:

-ali məktəb tələbələri;

-əlillik dərəcəsi olan şəxslər.

 

Qeyd. Biletləri Mərkəzi Nəbatat Bağının kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

Qeyd. Məktəblilər və onları müşahidə edən müəllimlər məktəb tərəfindən rəsmi məktubu əvvəlcədən təqdim etməklə ödənişdən azad edilir.

Qeyd. Bağça uşaqları və onları müşahidə edən müəllimlər bağça tərəfindən rəsmi məktubu əvvəlcədən təqdim etməlidir.

İstinad alınmış qərara keçid: “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri  ilə ödənişli əsaslarla istifadə Qaydası  və  ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il 114 saylı qərarı

Son Xəbərlər

Mərkəzi Nəbatat Bağında ümumi dezinfeksiya işləri aparılır
Mərkəzi Nəbatat Bağında ...
30.07.202550
Hörmətli paytaxt sakinlərinin və qonaqların nəzərinə!
Hörmətli paytaxt sakinlə...
29.07.202534
Mərkəzi Nəbatat Bağında şəhid övladları üçün sosial yönümlü tədbir keçirilib
Mərkəzi Nəbatat Bağında ...
10.07.2025137
Özbəkistan Respublikasının nümayəndə heyəti Mərkəzi Nəbatat Bağını ziyarət edib
Özbəkistan Respublikasın...
30.06.2025570
AzTV-nin “Günə davam” proqramında Mərkəzi Nəbatat Bağı haqqında reportaj yayımlanıb
AzTV-nin “Günə davam” pr...
17.06.2025152
Mərkəzi Nəbatat Bağı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Uşaq Festivalında iştirak edib
Mərkəzi Nəbatat Bağı Uşa...
02.06.2025945
Central Botanical Garden Logo
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs

Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunun saxlanılması və mühafizəsinin təşkili, Bağın ərazisinin paytaxt sakinləri və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, nəbatat və ekologiya elminin nailiyyətlərinin təbliği, Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərinin təşkili.

İş vaxtları

Hər gün - 09:00-17:00

Əlaqə

  • +99412 502 4158
  • +99412 539 0197
  • mnbphs@baku-ih.gov.az
  • Bakı, Badamdar şossesi, 40, AZ1004

© 2025 Mərkəzi Nəbatat Bağı. Bütün hüquqlar qorunur.

Hazırlayan AISTGroup MMC