10
Jul

Mərkəzi Nəbatat Bağında şəhid övladları üçün sosial yönümlü tədbir keçirilib

12

10 iyul 2025- ci il tarixində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Mərkəzi Nəbatat Bağında “Xəyallarımı rəngləyirəm” adlı sosial yönümlü tədbir təşkil olunub. Tədbirin sloqanı “Kiçik əllər, Böyük arzular” olmaqla yanaşı  əsas məqsədi şəhid övladlarına psixoloji dəstəyin göstərilməsi, onların yaradıcı potensialının üzə çıxarılması və asudə vaxtlarının səmərəli keçirilməsidir.

Tədbirdə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Nəbiyev, Heydər Əliyev adına Hərbi İnstitut Həmkarlar İttifaqının sədri Emin Nəsirov, Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri Əli Cəfərov və şəhid ailələrinin üzvləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu   Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində uşaqlar molbert üzərində müxtəlif mövzularda rəsmlər çəkib, müxtəlif oyunlar oynayıb və onlara hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri Əli Cəfərova “Təşəkkürnamə” təqdim edilib.

IMG_3281.JPG
IMG_3281.JPG
IMG_3328.JPG
IMG_3333.JPG
IMG_3340.JPG
IMG_3359.JPG
IMG_3367.JPG
IMG_3393.JPG
WhatsApp Image 2025-07-10 at 14.39.47.jpeg
IMG_3281.JPGIMG_3328.JPGIMG_3333.JPGIMG_3340.JPGIMG_3359.JPGIMG_3367.JPGIMG_3393.JPGWhatsApp Image 2025-07-10 at 14.39.47.jpeg