TARİXÇƏ
Laboratoriya 2000-ci ildə yaradılmışdır. Laboratoriyanın ilk rəhbəri AMEA-nın müxbir üzvü Oruc Vəli oğlu İbadlı olmuşdur. Vaxtilə laboratoriyada k.t.e.d. K.S.Əsədov çalışmışdır. Nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi, onların gələcək nəsillər üçün qorunub saxlanması vacib məsələlərdən biridir. Hazırda floramızda olan bitkilərin bir çoxu itmək təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün Mərkəzi Nəbatat Bağında nadir bitkilərdən ibarət kolleksiya sahəsi yaradılmışdır. Laboratoriyada nadir və nəsli kəsilməkdə olan bitkilərin biomüxtəlifliyinin öyrənilməsi, introduksiyası, reintroduksiyası, mühafizəsi və genofond kolleksiyasının yaradılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Laboratoriyaya b.ü.f.d. dosent. Zeynalov Yusif Muxtar oğlu rəhbərlik edib. 2023-cü ildə laboratoriyanın adı dəyişilərək "Qida və dərman bitkiləri biokimyası" olmuşdur.
ELMİ İSTİQAMƏT
Dünya və Aərbaycan florasına daxil olan ot bitkilərinin bioekoloji xüsusiyyətlərinin in situ və ex situ şəraitlərində müqayisəli şəkildə tədqiqi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyən olunması, onların arealının kiçilməsi və sayının azlmasına səbəb olan amillərin aşkarlanması, bu növlərdən ibarət genofond kolleksiya sahəsinin yaradılması, öyrənilən dekorativ, efiryağlı, texniki, nektarlı, dərman əhəmiyyətli perspektivli ot bitkilərinin aşkar olunaraq, dekorativ bağçılıqda, tibbdə, sənayedə və təsərrüfatın müxtəlif sahələrində istifadəsi üçün tövsiyələrin işlənib hazırlanması
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Nadir, dərman, efiryağlı, nektarlı, texniki əhəmiyyətli bitkilərin biomüxtəlifliyinin, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, introduksiyası, çoxaldılması, mühafizəsi və genofondunun yaradılması
CARİ TƏDQİQATLAR
Hazırda mövcud kolleksiyanın pasportlaşdırılması və Azərbaycan florasının bəzi dərman, efiryağlı və sənaye əhəmiyyətli əhəmiyyətli nadir bitkilərinin in situ və ex situ şəraitlərində müqayisəli şəkildə öyrənilməsi üzrə təddqiqat işləri aparılır
MÜHÜM NAİLİYYƏTLƏR
Iris L., Allium L., Crocus L ., Sternbergia L., Orchis L., Ophris L. Tulipa L. Hyacinthus L., Asphodeline L., Pion L., Alcea L. və dərman bitkiləri cinslərinə daxil olan bəzi növ və sortlardan ibarət kolleksiya yaradılmışdır. Tədqiq olunan dərman, nadir, endem və nektarlı bitkilərin çoxaldılma xüsusiyyətləri, becərilmə üsulları işlənib hazırlanmışdır.
Yoncanın “Odlar yurdu” (№ 00239) və “Yaz çiçəyi” (№ 00215), Lərgənin “Leyla-12” (№ 00240), Gülülcənin “Canan” (№ 00242) sortlarına görə müəlliflik şəhadətnaməsi alınmışdır.
ELMİ ƏSƏRLƏR
1. Yusif Zeynalov, Hasan Yelken, Gaziantep çiçekleri, I cild. Ankara 2008. 614 s
2. Yusif Zeynalov, Gaziantep çiçekleri, II cild. Ankara 2011, 544 s
3. Zeynalov Y.M. Nuhun çiçəkləri İstanbul 2012
4. Zeynalov Y.M. Ağrı dağının Florası Ankara.2015
5. İbadlı O.V., Ağamirov Ü.M., Hüseynova N.B., İskəndərov A.T. Mərkəzi Nəbatat Bağının bələdçi kitabçası, Bakı, 2003, 56 s.
6. İbadlı O.V. Hüseynova N.B. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı -75, Bakı, 2009, 32 s.
7. İbadlı O.V., Babayev R.İ., Fərzəliyev V.S., Hüseynova N.B. Nəbatat terminləri və bitki adları lüğəti.(2 hissəli, 4 dildə), Bakı, Elm, 2008, I hissə 327 s. II hissə 350s.
8. Nəbatat terminlərinin izahlı lüğəti, (Tərtib edənlər: İbadlı O.V., Hüseynova N.B., Səfərova E.P., Zərgərli A.) Bakı, Elm, 2011, 264 s.
9. Baş B., Zeynalov Y., Köse İ.. An investigation of in vitro Regenaration Potentiality of Prunus serrulata var. Kanzan. (Journal of Anatolian Natural Sciences). Anadolu Doğa Bilimleri Dergisi 6 (Özel sayı 2): 2015, s.87-89.
10. Ərəbzadə A.Ə., Zeynalov Y.M. Abşerona introduksiya olunmuş nedzvetski almasının (Malus niedzwetzkyana Dieck.) tozcuqlarının morfolo-giyasi və həyati qabiliyyəti // AMEA Botanika İnstitutunun Elmi əsərləri, 2015, XXXV cild, s.136-139.
11. Ərəbzadə A.Ə., Fərzəliyev V.S. Abşerona introduksiya olunmuş alma (Malus Mill.) növlərinin meyvələrinin biokimyəvi göstəriciləri // AMEA Xəbərləri, Biologiya və tibb elmləri, 2016, cild 71, №2, s. 63-68.
12. Najafova C.N., Arabzade A.A., Hüseynova A. The Dewelopment and the growth features of sprouts of Malus orientalis Uglitzk. species introduced in Absheron // İnternational Journal of Secondary Metabolite (IJSM), 2017, v. 4, No 1, p. 61-65.
13. Арабзаде А.А., Зейналов Ю. М. , Алиев Ч. С., Гусейнова Н. Б., Сафарова Э.П.. Некоторые биоэкологические показатели декоративных видов яблони (Malus Mill.), интродуцированных на Апшеронский полуостров Азербайджана. Плодоводство и ягодоводство России. Сборник научных работ. Москва-2018, Том. 53. c. 88-96.
14. Мамедова Г.Т., Зейналов Ю. М., Алиев Ч. С., Гусейнова Н. Б., Сафарова Э.П.Особенности роста и развития некоторых видов и сортов рода ирис (Iris L.) в почвенно-климатических условиях Апшеронской зоны Азербайджана. Плодоводство и ягодоводство России. Сборник научных работ. Москва-2018, Том. 53. c. 123-134.
15. Ərəbzadə A.Ə., Hüseynova N.B., Zeynalov Y.M. Abşeronda bəzi nadir ot bitkilərinin fenologiyası. AMEA Mərkəzi Nəbatat Bağının əsərləri, 2019, XVII cild, s. 3-19. Bakhsaliyeva K.F., Cəbrayılzade S.M., Namazov N.K., Həsənova A.R. Islamova Z.B. The General Characteristic of Anamorphic Fungi Spread In Azerbaiyan. International Journal of Reccent Technology and Engineering (IJRTE) ISSN: 2277-3878, Volume-8, Issue-3, September 2019.
16. Гулиева, С.Г. Арабзаде А.А. Вегетативное размножение некоторых видов (Аllium L.) из флоры Нахичевани, интродуцированных в сухие субтропические условия Апшерона. Вестник Курганской ГСХА, Выпуск № 4 (36), 2020. c.10-15
ƏMƏKDAŞLAR
Soyadı, adı, atasının adı | Elmi dərəcə və elmi rütbəsi | Vəzifəsi | Əlaqə vasitələri |