10
Feb

Mərkəzi Nəbatat Bağının əməkdaşı Nepenthes Gaya bitkisi haqqında məlumat verib

693

Mərkəzi Nəbatat Bağının elmi əməkdaşı Aytən Hüseynova Nepenthes Gaya bitkisi haqqında məlumat verib. O bildirib ki, Nepenthes Gaya bitkisi nepenthes bitki növlərinin içərisində qulluq edilməsi ən asan olan tropik küp bitki növüdür. Vətəni Hindistan olan bu bitki istilik və rütubət sevən hibrid bitkidir. Üzərində sarı-yaşıl və tünd qırmızı rəngli ləkələri olan küplər vardır. Bu küplərin ağzı geniş və ovaldır, həşəratları özünə cəlb edən yapışqan maye vardır. Qeyd edək ki, Nepenthes Gaya bitkisi Mərkəzi Nəbatat Bağının oranjereyalarında dekorativ bitki növü kimi yetişdirilir.

IMG_2633-thumb.jpg
IMG_2633-thumb.jpg
IMG_2631-thumb.jpg
IMG_2648-thumb.jpg
IMG_2633-thumb.jpgIMG_2631-thumb.jpgIMG_2648-thumb.jpg