21
Apr

Mərkəzi Nəbatat Bağında iməcilik keçirilib

399

Bakı şəhərində yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində 19 aprel 2025-ci il tarixində Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə ümümrespublika iməciliyi keçirilib. İməcilik zamanı Bağın ərazisində abadlıq və təmizlik işləri görülüb, xüsusi dizaynda əkilmiş qazon sahələrinin otları biçilib, həmçinin, ağac və kol bitkilərinin daha yaxşı inkişaf etməsi üçün dibləri bellənib, alaq otlarından təmizlənib.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında həyata keçirilən iməcilik işləri hər həftəiçi və həftəsonu da davam etdiriləcəkdir.

IMG_2930.jpg
IMG_2930.jpg
IMG_2887 (1).jpg
IMG_2878 (1).jpg
IMG_2870.jpg
IMG_2863.jpg
IMG_2930.jpgIMG_2887 (1).jpgIMG_2878 (1).jpgIMG_2870.jpgIMG_2863.jpg